Art Studio

Gilan Construction Group daxilində fəaliyyət göstərən Art Studio – fəaliyyət müddətinin qısa olmasına baxmayaraq, sürətli şəkildə inkişaf edərək və böyük işlərə imza atmiş və ölkəmizdə reklam sahəsinin öndə gedən şirkətlərindən biri olmuşdur. Yarandığı andan etibarən hər bir müştəriyə qarşı göstərilən individual yanaşma işlərin yüksək keyfiyyətdə təhvil verilməsinin əsas təminatıdır. Ən yeni avadanlıqlar, innovativ texnologiyalar və peşəkar personal isə bunun zəmanətidir. Daim inkişaf etməsinin nəticəsində qısa müddət ərzində şirkət göstərdiyi xidmət sahələrini genişləndirdi və bu gün Art Studio olaraq dizayn işləri, interyer və eksteryer tərtibatı, hər növ daxili və xarici reklam işləri kimi xidmətləri təqdim edir.