Gabala Shooting Club

Gabala Shooting Club

Qəbələ Atıcılıq Klubu 2012 ci ildən ehtibarən sürətlə inkişaf edən Qəbələ şəhərində fəaliyyətə başlayıb.

Qəbələ Atıcılıq Klubun dünya standartlarına cavab verən istirahət və sağlamlıq strukturu , eyni zamandada professional idmançıların vacib yarışlara hazırlıq prosessinin yüksək səviyyədə təmin edə biləcək bir kompleksdir. Klub Olimpiya yarışlarında tətbiq edilən bütün texniki inventarlarla təchiz olunmuş və beynəlxalq yarışların ,eləcə də təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün zəruri şəraitə malikdir.

    Yüksək səviyyədə professional idmançıların mühüm yarışlara hazırlıq prosesinin təmin edilməsi üçün şərait yaratmaq;
    Ziyarətçilərin asudə vaxtını idmanla məşğul olaraq , sağlam həyat tərzi sürməyinə imkan yaratmaq.

Klubun ərazisində mövcuddur:

    Stend atıcılığının 3 növü üçün quraşdırılmış 5 meydança
    Sporting üçün 8 meydança
    Güllə atıcılığı üçün 3 atıcılıq tiri (açıq və qapalı )
    Kamandan ox atma atıcılıq növü üçün meydança
    Bayraq meydanı
    Atıcılıq məktəbi
    İstirahət üçün otaqlar
    İdmançılar və ziyarətçilərin istirahəti üçün yaşıllıq
    Strikeball/Paintball/Airsoft
    Gecə atıcılığı
    2 inzibati bina
    Tibb məntəqəsi
    Uşaq meydançası
    Restoran və lounge
    Fotostudiya
    İdman-ovçuluq ləvazimatı mağazası
    Avtomobil dayanacağı