Gilan İnşaat

Gilan İnşaat - 2006-cı ildə yaradılmış kommersiya və yaşayış obyektlərinin Azərbaycanda, BƏƏ-də, Gürcüstanda və digər ölkələrdə beynəlxalq səviyyədə layihələndirilməsi və inşa edilməsi ilə məşğul olan qabaqcıl tikinti şirkətidir. Şirkət layihələrin hazırlanması və açar təhvili ilə həyata keçirilməsi sahəsində mövcud olan bütün xidmətləri təklif edir. Qısa zaman ərzində şirkətin aktiv şəkildə inkişaf etməsi hər layihədə beynəlxalq səviyyəli keyfiyyəti qorumasını təmin edir. Layihələr portfeli 1.187.525 kv.metr-dən çox sahəni əhatə edir. Layihələr sırasında yaşayış kompleksləri, qeyri-yaşayış binaları, istirahət mərkəzləri, idman kompleksləri, körpülər, yeraltı qarajlar, yeraltı keçidlər və digər obyektlər dayanır.

“Gilan İnşaat” MMC öz fəaliyyətini müasir sənayə dünyasının tələblərinə və inkişaf templərinə müvafiq şəkildə qurur. Hər layihəyə qarşı individual yanaşma, sağlam rəqabətin qorunması və ən əsası, binaların beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq inşa edilməsi şirkətin əsas məqsədlərindən biridir.