Lotos

"Lotos Co. LTD" şirkəti "Gilan Holdinq" və "MKT" şirkətinin iştirakı ilə 1995-ci ildə Azərbaycanda, Bakıda təsis edilmişdir. Şirkət payaların qazma üsulu ilə tikilməsi, şırnaqlı sementləmə, şpunt vurma, anker quraşdırma və torpaq qazma işlərində ixtisaslaşır. Təsisdən sonrakı ilk illər şirkət müxtəlif işgüzar fəaliyyətlə məşğul olmuşdur, 2006-cı ildə isə onun tikinti bölməsi uğurla fəaliyyətə başlamışdır. Təsis edildiyi andan etibarən şirkət qiyməti 500 000-dən 50 000 000 ABŞ dollarına qədər olan bir çox layihəni həyata keçirmişdir.