Mingəçevir Sənaye Parkı

Mingəçevir Sənaye Parkı

Başlanma tarixi: 10.08.2016

Bitmə tarixi: 20.02.2018

Mingəçevir Sənaye Parkının ərazisində 14.5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabrikləri var. Müasir texnologiyalar əsasında yaradılmış bu fabriklər Almaniya, İsveçrə, Türkiyə, İspaniya və Yaponiyanın aparıcı şirkətləri olan Rieter, Schlafhorst, Trützschler, Temsan, Savio, Muratec, Electro-Jet və Uster-in avadanlıqları ilə təchiz edilmişdir.
Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton, o cümlədən 10 min ton “Ring” üsulu və 10 min ton “Open End” üsulu ilə müxtəlif cür iplik (sintetik-qarışıq və 100% pambıq iplik) istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə iplik daha zərif, yumşaq və istehsal prosesində uzun lifli pambıqdan istifadə olunduğu üçün bu iplik əsasən köynək istehsalında istifadə olunur. “Open End” üsulu ilə isə iplik daha qaba olduğundan əsasən cins və digər geyim istehsalında istifadə olunur.

 Layihə haqqında məlumat

    Mingəçevir Sənaye Parkı Azərbaycanın və Zaqafqaziyanın ən nəhəng müəssisəsi Parkı olacaq. Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.

    Mingəçevir Sənaye Parkı nəzdində açılacaq Pambıq İplik Fabrikində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. Hazırda Azərbaycanda ildə 17 min ton pambıq iplik istehsal olunur. Sənaye Parkı nəzdində açılacaq yeni iplik fabriki Azərbaycanda pambıq iplik üzrə istehsalı 115 faiz artırmaqla yanaşı, idxaldan asılılığı tam aradan qaldıracaq və böyük ixrac imkanları yaradacaq.

 

Layihə üzrə hazırda icra olunan işlər:

    Beton zavodu quraşdırılmış;
    Ərazidə müvəqqəti qurğuların tikintisi aparılmış;
    Hal-hazırda beton zavod beton istehsalına başlamışdır;
    Dəmir-qəlib işləri aparılır;
    ​Metal konstruksiya quraşdırma işləri aparılır;