Portfel haqqında

Portfel haqqında

2006-cı ildə kommersiya və yaşayış obyektlərinin Azərbaycanda, BƏƏ-də, Gürcüstanda və digər ölkələrdə beynəlxalq səviyyədə layihələndirilməsi və inşaat edilməsi ilə məşğul olan qabaqcıl tikinti şirkəti “Gilan İnşaat” yaradılmışdır. Həmçinin 2000-ci illərin birinci onbeşilliyində tikinti, yüksək texnologiyalar, texnopark və digər sahələr üzrə istiqamətlənən çoxsaylı şirkətlər və müəssisələr yaradılmışdır.

2016-cı ildə tikinti, yüksək texnologiyalar, texnopark, reklam və digər sahələr üzrə fəaliyyət göstərən çoxsaylı şirkətlər Gilan Construction Group adı altında birləşmişdir.

Gilan Construction daxilində Gilan İnşaat, Lotos, Alten Group, Safe Life, Art Studio, Texnopark, Benkons Construction və Qafqaz Net kimi böyük brendlər, həmçinin yüzə yaxın digər şirkətlər fəaliyyət göstərir.

Portfel üzərinə götürülmüş layihələrin hazırlanması və açar təhvili ilə həyata keçirilməsi sahəsində mövcud olan bütün xidmətləri təqdim edir.