Qafqaz Net

Qafqaz Net MMC 2015-ci ildə təsis edilmişdir. Şirkət fəaliyyət göstərdiyi ilk gündən Gilan Holding şirkətinə məxsus biznes strukturlarında və digər şirkətlərdə çoxlu sayda layihələrin icrasını həyata keçirmişdir. Gilan Holding daxilində biznes strukturları arasında mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun yaradılması və internet xidmətinin verilməsi şirkətin qarşısına qoyulmuş əsas tapşırıqlardandır. Bundan əlavə, dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən Qafqaz Net şirkətinin əsas fəaliyyəti İT həllər, proqramlaşdırma, kommunikasiya (fiber-optik kabelləşmə, daxili şəbəkə, IP-telefoniya, wifi zonaları, kabel tv və IP-tv, domofon), təhlükəsizlik xidmətləri (müşahidə kamera sistemləri, giriş-çıxışlara nəzarət sistemləri – turniket, şlaqbaum, bollard və s.), İnternet servis xidmətləri, Coğrafi İnformasiya Sistemlərin tətbiqi (Nəqliyyatın İzlənməsi Sisteminin, GPS) kimi sahələri əhatə edir. Gənc şirkət olduğuna baxmayaraq işçi heyəti IT sahəsində illərlə çalışan və daim öz bilik səviyyəsini artıran peşakər mütəxəssislərdən ibarətdir.