Safe Life

"Safe Life" MMC şirkəti 2007-ci ildə qurulmuşdur və yarandığı andan etibarən sürətlə inkişaf edərək Azərbaycanın yanğınsöndürmə və təhlükəsizlik sistemləri bazarında liderlərdən birinə çevrilmişdir. "Safe Life" MMC şirkəti müştərilərinə istehsalında son texnologiyalara əsaslanan və keyfiyyət standartlarına cavab verən Avropa və Amerika şirkətlərinin məhsullarını təqdim edir. "Safe Life" MMC yanğınsöndürmə avadanlıqlarının istehsalını və satışını, yanğın və mühafizə siqnalizasiyalarının, kamera-nəzarət və girişə nəzarət sistemlərinin, yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin və ağıllı ev sistemlərinin quraşdırılmasını, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlərlə təchiz edilməsini həyata keçirir.